Yuxarı

​Nepalda zəlzələdə ölənlərin sayı artıb

Fövqəladə Hallar üzrə Mərkəzdən bildirilib ki, 1926 nəfər xəsarət alıb

Bakı. 13may. REPORT.AZ/ Mayın 12-də Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Nepalın Fövqəladə Hallar üzrə Mərkəzi məlumat yayıb: "Bizdə olan məlumata əsasən, 65 nəfər ölüb, 1926 nəfər xəsarət alıb".

Mayın 12-də Nepalda 7,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Hindistanın Nyu-Dehli və Kəlküttə şəhərlərində də fəsadlar törədib. Ölkə Daxili İşlər Nazriliyinin məlumatına görə, zəlzələ nəticəsində 17 nəfər ölüb, onların 16-sı Bihar ştatının sakinləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi