Nepalda zəlzələ qurbanlarının sayı 7,3 min nəfəri ötüb

Nepalda zəlzələ qurbanlarının sayı 7,3 min nəfəri ötüb 14 mindən artıq insan yaralanıb
Digər ölkələr
4 May , 2015 14:55
Nepalda zəlzələ qurbanlarının sayı 7,3 min nəfəri ötüb

Bakı. 4 may. REPORT.AZ/ Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 7,3 min nəfəri ötüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nepal polisindən bildirilib. 

Polisin verdiyi məlumata görə, 7365 nəfər ölüb, 14366 nəfər isə xəsarət alıb. 

Xatırladaq ki, Nepalda 7,9 bal gücündə zəlzələ aprelin 25-də səhər saatlarında  baş verib. Son məlumatlara əsasən, zəlzələ və ondan sonra baş verən təkrar yeraltı təkanlar zamanı 14 min insan xəsarət alıb. Paytaxt Katmanduda bir çox yaşayış binaları və qədim məbədlər dağılıb.  

Son xəbərlər

Orphus sistemi