Yuxarı
    Bağlamaq

    Nepalda yolsuzluq avtomobili dərəyə aşıb, 10 nəfər ölüb

    Qəzaya maşının arxa təkərinin partlaması səbəb olub

    Bakı. 28 avqust. REPORT.AZ/ Nepalda yolsuzluq avtomobilinin dərin dərəyə düşməsi nəticəsində ən azı 10 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb.

    "Report" xəbər verir ki, insident ölkənin qərbində yerləşən Arqxakxançi rayonu ərazisində baş verib.

    Hadisə şahidlərinin sözlərinə görə, qəzaya maşının arxa təkərinin partlaması və ardınca əyləcin işləməməsi səbəb olub. Sonda sürücü idarəetməni itirib və nəticədə maşın 210 metr dərinliyində dərəyə düşüb.

    Qəza zamanı avtomobildə 16 nəfər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi