Nepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb

Nepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb Nepalda leysan yağışların səbəb olduğu torpaq sürüşməsi zamanı altı nəfər həlak olub, iyirmi altı nəfər itkin düşüb.
Digər ölkələr
13 Sentyabr , 2020 13:54
Nepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb

Nepalda leysan yağışların səbəb olduğu torpaq sürüşməsi zamanı altı nəfər həlak olub, iyirmi altı nəfər itkin düşüb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Nepal hökumətinin yaydığı məlumata görə, təbii hadisə paytaxtdan 120 kilometr şərqdə yerləşən üç kənddə olub.

Hazırda regionda axtarış-xilasetmə əməliyyatları davam edir. Sürüşmə ilə əlaqədar bir neçə ev dağılıb.

Daxili İşlər Nazirliyi bildirib ki, leysan yağışların səbəb olduğu qəzalar nəticəsində bu il ölkədə 351 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi