Nepalda torpaq sürüşmələri nəticəsində ölənlər var

Nepalda torpaq sürüşmələri nəticəsində ölənlər var Nepalda leysan yağışları üzündən baş verən torpaq sürüşmələri nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.
Digər ölkələr
511
14 Avqust , 2020 20:40
Nepalda torpaq sürüşmələri nəticəsində ölənlər var

Nepalda leysan yağışları üzündən baş verən torpaq sürüşmələri nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.

“Report” “Katmandu Post”a istinadən xəbər verir ki, təkcə ölkə paytaxtı Katmandu yaxınlığındakı Sindhupalçok dairəsi ərazisində bu gün səhər baş verən sürüşmə nəticəsində 11 nəfər ölüb, 27 nəfər də itkin düşüb.

Polisin məlumatına görə, xilasedicilər tərəfindən 11 meyit tapılıb. Daha 5 nəfər ciddi xəsarət alaraq hərbi helikopterlə paytaxta daşınıb.

Bununla yanaşı, Lidi kəndində 13 yaşayış evinin torpağa gömüldüyü, 30 evə də ciddi ziyan dəydiyi bildirilir.

Həmçinin ölkənin qərbindəki Kalikot dairəsində də torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb.

Orphus sistemi