Nepalda təkrar zəlzələ qurbanlarının sayı 117 nəfərə çatıb

Nepalda təkrar zəlzələ qurbanlarının sayı 117 nəfərə çatıb 2 zəlzələ nəticəsində ölənlərin sayı 8316 nəfər, xəsarət alanlar isə 76638 nəfər olub
Digər ölkələr
15 May , 2015 11:39
Nepalda təkrar zəlzələ qurbanlarının sayı 117 nəfərə çatıb

Bakı. 15 may. REPORT.AZ/ Nepalda təkrar zəlzələ qurbanlarının sayı 117 nəfərə çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Mərkəzindən bildiriblər.

Daha əvvəl 96 nəfərin həlak olduğu haqqında məlumat verilib. 

Son məlumatlara görə, 2 zəlzələ nəticəsində ölənlərin sayı 8316 nəfər, xəsarət alanların sayı 76638 nəfər təşkil edib.

Təkrar zəlzələnin 7,3 bal gücündə olan ilk təkanları mayın 12-də səhər saatlarında qeydə alınıb. Zəlzələnin episentri Katmandudan 83 km şərqdə, 18,4 km dərinlikdə olub. Bundan sonrakı ən güclü təkan 6,3 bal gücündə olub, lakin sonra daha bir neçə yeraltı təkan qeydə alınıb.

Xatırladaq ki, aprelin 25-də ölkədə 7,9 bal gücündə dağıdıcı zəlzələ baş verib, nəticədə 8 mindən artıq insan həlak olub. 1 gün sonra Nepalda təkrar yeraltı təknalar qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi