Nepalda sərnişin avtobusu aşıb: 14 ölü, 9 yaralı var

Nepalda sərnişin avtobusu aşıb: 14 ölü, 9 yaralı var Avtobusların törətdiyi yol qəzalarının artmasına səbəb kimi yolların pis vəziyyəti göstəririlir
Digər ölkələr
27 Sentyabr , 2016 14:57
Nepalda sərnişin avtobusu aşıb: 14 ölü, 9 yaralı var

Bakı. 27 sentyabr. REPORT.AZ/ Nepalda sərnişin avtobusunun aşması nəticəsində 14 nəfər ölüb, 9-u yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə avtobusun yoldan kənara çıxaraq devrilməsi nəticəsində baş verib.

Məlumata görə, avtobus ölkə paytaxtı Katmandudan 120 kilometr qərbdə, Lapang Phedi kəndi yaxınlığında aşıb.

Avtobusların törətdiyi yol qəzalarının artmasına səbəb kimi Nepalda yolların pis vəziyyəti və avtomobillərin idarə edilməsində problemlərin mövcudluğu göstəririlir.

Son xəbərlər

Orphus sistemi