Nepalda ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Nepalda ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB Nepalda daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
Digər ölkələr
14 İyul , 2019 08:12
Nepalda ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Nepalda daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ANİ agentliyi məlumat yayıb.

Bundan öncə daşqın və sürüşmə nəticəsində 32 nəfərin öldüyü deyilirdi. Hazırda 24 nəfər itkin hesab olunur. Eyni zamanda 20 nəfər xəsarət alıb.

Təbii fəlakət 21 rayona toxunub. Yerli icra orqanları 850 nəfəri təxliyyə edib.

Lazımi yardımlar üçün təxminən 28 min təhlükəsizlik qüvvələrinin əməkdaşları səfərbər olunub. Nepal hökuməti yerli sakinlərə təhlükəsiz yerdə qalmağı təkidlə tövsiyə edib.


***06:03

Nepalda daşqın və sürüşmə nəticəsində azı 32 nəfər ölüb, 12 nəfər yaralanıb və 17-si itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "Sinhua" məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət 21 rayona toxunub. Yerli icra orqanları 831 nəfəri təxliyyə edib.

Son xəbərlər

Orphus sistemi