​Nepalda iki sərnişin avtobusu toqquşub, 9 nəfər ölüb

​Nepalda iki sərnişin avtobusu toqquşub, 9 nəfər ölüb 31 nəfər yaralanıb
Digər ölkələr
31 İyul , 2016 10:25
​Nepalda iki sərnişin avtobusu toqquşub, 9 nəfər ölüb

Bakı. 31 iyul. REPORT.AZ/ Nepalda iki sərnişin avtobusunun toqquşması nəticəsində 9 nəfər ölüb, 31 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.

İki şəhərlərarası avtobus bazar gününə keçən gecə Makvanpur dairəsi ərazisində toqquşub. Zərərçəkənlərin hamısı yerli xəstəxanalara yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi