Nepalda daşqınlar və torpaq sürüşmələri səbəbindən 17 nəfər ölüb

Nepalda daşqınlar və torpaq sürüşmələri səbəbindən 17 nəfər ölüb Nepalda leysan yağışlarının meydana gətirdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb.
Digər ölkələr
12 İyul , 2019 20:47
Nepalda daşqınlar və torpaq sürüşmələri səbəbindən 17 nəfər ölüb

Nepalda leysan yağışlarının meydana gətirdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb.

“Report” “Setopati” nəşrinə istinadən xəbər verir ki, 7 nəfərin xəsarət aldığı, daha yeddi nəfərin isə itkin düşdüyü bildirilir.

Təbii fəlakətin 20 bölgəni əhatə etdiyi qeyd olunur. Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan əhalini daha təhlükəsiz yerlərə sığınmağa çağırıb.

“Xinhua” xəbər verir ki, torpaq sürüşmələri nəticəsində azı 500 ev dağılıb, ölkənin Şərq-Qərb avtomobil magistralı isə daşqınlar üzündən bağlanıb.

Son xəbərlər

Orphus sistemi