Bakı. 26 fevral. REPORT.AZ/ Nepalda göyərtəsində 9 nəfər olan yerli "Kasthamandap Air" hava şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə ölkənin şimal-qərbində gündüz saatlarında baş verib. Təyyarə paytaxt Katamandudan Cumla istiqamətində uçurmuş. Hadisənin başvermə səbəbi hələ məlum deyil.
Qeyd edək ki, fevralın 22-də Nepalda "Tara Airlines" şirkətinə məxsus "Twin Otter" tipli təyyarənin qəzaya uğraması nəticəsində 18 sərnişin və ekipajın 3 üzvü həyatını itirmişdi.