Bakı. 12 may. REPORT.AZ/ Bu gün Nepalda 7,1 bal gücündə zəlzələ baş verib. Bu barədə "Report" ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verir.
Seysmoloqların qənaətinə görə, zəlzələnin episentri Namçe Bazar qəsəbəsindən 68 km. qərbdə, ölkənin şərqində, 10 km. dərinlikdə olub.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda 7,9 bal gücündə zəlzələ baş verib. Bunun nəticəsində 8 mindən artıq insan həlak olub.