Nepalda 5.0 bal gücündə zəlzələ qeydə alınıb

Nepalda 5.0 bal gücündə zəlzələ qeydə alınıb Təbii fəlakətin fəsadları barədə məlumat verilmir
Digər ölkələr
23 Avqust , 2015 21:42
Nepalda 5.0 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. 23 avqust. REPORT.AZ/ Avqustun 23-də Nepalda Rixter cədvəli ilə 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kodari şəhərindən 15 km cənub-şərqdə 35 km dərinlikdə olub.

Təbii fəlakətin fəsadları barədə məlumat verilmir.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 8 minə yaxın insan ölmüşdü.

Son xəbərlər

Orphus sistemi