​Nepalda 3 günlük matəm elan edilib

​Nepalda 3 günlük matəm elan edilib Daxili işlər nazirinin sözlərinə görə, bir neçə rayonun kəndlərində hələ də axtarış-xilasetmə işləri aparılmayıb
Digər ölkələr
28 Aprel , 2015 10:21
​Nepalda 3 günlük matəm elan edilib

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 28-də Nepal hakimiyyəti zəlzələ nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədi ilə 3 günlük matəm elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Nepal hökuməti məlumat yayıb.

Daxili işlər naziri Bam Dev Qautam deyib ki, yaralı və ölənlərin axtarışı müəyyən vaxt aparacaq: "İmkanlarımız çox məhduddur. Biz belə miqyasda fəlakətə hazır deyildik".

Nazirin sözlərinə görə, Sindxupal, Rasuva və Qorkha rayonlarının əlçatmaz kəndlərində hələ də axtarış-xilasetmə işləri aparılmayıb.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 4 mindən çox insan ölüb, 7 minə yaxın insan müxtəlif dərəcədə xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi