Nepalda 20 nəfərin ölümüylə nəticələnən yol qəzası baş verib

Nepalda 20 nəfərin ölümüylə nəticələnən yol qəzası baş verib Qəza zamanı daha 17 nəfər xəsarət alıb
Digər ölkələr
26 Avqust , 2016 07:26
Nepalda 20 nəfərin ölümüylə nəticələnən yol qəzası baş verib

Bakı. 26 avqust. REPORT.AZ/ Nepalda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə “Himalayan Times” xəbər yayıb.

Məlumata görə, ölkənin mərkəzi hissəsində sərnişin avtobusu yoldan çıxaraq çaya aşıb. Qəza zamanı avtobusda 37 sərnişin olub.

Hadisə zamanı 20 nəfər həlak olub, 17 nəfər xəsarət alıb. Polisin məlumatına görə, 2 nəfər itkin düşüb.  

Son xəbərlər

Orphus sistemi