COVID-19-a yoluxmuş alpinistlər Himalayın zirvəsindən təxliyə edilib

COVID-19-a yoluxmuş alpinistlər Himalayın zirvəsindən təxliyə edilib Himalay dağlarının Dhaulagiri zirvəsinin hündürlüyü 8 167 metrdir
Digər ölkələr
7 May , 2021 13:41
COVID-19-a yoluxmuş alpinistlər Himalayın zirvəsindən təxliyə edilib

Nepalda Dhaulagiri (Ağ dağ) zirvəsi yaxınlığındakı dağ düşərgələrindən fərqli ölkələrdən gəlmiş ən azı 19 alpinist koronavirusa yoluxma şübhəsi ilə təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazır.

Qeyd edək ki, Himalay dağlarının Dhaulagiri zirvəsinin hündürlüyü 8 167 metrdir. O, dünyada yeddinci ən yüksək dağ zirvəsidir.

Təxliyə edilmiş alpinistlərdən yeddisinin koronavirus testinin nəticəsi müsbət olub, qalanları isə tezliklə test verəcəklər.

Dhaulagiri planetin ən yüksək zirvəsi olan Everestdən (8 848 metr) 345 kilometr qərbdə yerləşir.

Xəstəliyə yoluxmuş alpinistlər helikopterlə Nepalın paytaxtı Katmanduya aparılıb və xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, baza düşərgəsində Everestə qalxmağa hazırlaşan 408 alpinist daxil olmaqla təxminən 1 500 nəfər var. İkinci baza düşərgəsində təxminən 100 nəfər var. Onlar Lhotze dağına (8 516 metr) qalxmağa hazırlaşırlar.

Son xəbərlər

Orphus sistemi