Nepal Çin və Hindistandan yardım istəyəcək - nazir - FOTO

Nepal Çin və Hindistandan yardım istəyəcək - nazir - FOTO Bunu mətbuat konfransında Nepalın maliyyə naziri Ram Şaran Mahat deyib
Digər ölkələr
3 May , 2015 13:46
Nepal Çin və Hindistandan yardım istəyəcək - nazir - FOTO

Bakı. 3 May. REPORT.AZ/ "Nepalda son zəlzələ nəticəsində dünya mədəni irsinin siyahısına daxil olan bir çox tarixi abidə də məhv olub". Bunu mətbuat konfransında Nepalın maliyyə naziri Ram Şaran Mahat deyib.

Onun sözlərinə görə, dağıntıların aradan qaldırıması məqsədi ilə xüsusi Bərpa Fondu yaradıb və bura 2 milyard dollar vəsait köçürüləcək.

"Nepala dəyən ziyanın həcmi milyardlarla dollar civarındadır. Biz anlayırıq ki, bu proseslər uzun davam edə bilər", - deyə R.Ş.Mahat qeyd edib.

Nepallı nazir bildirib ki, infrastruktur xərclərini qarşılamaq üçün rəsmi Katmandu Çin və Hindistandan yardım istəyəcək: "Bərpa Fonduna lazım olan vəsaitin 10 faizini hökumət təmin edəcək. Qalan hissələri isə Dünya Bankı, Çin, Hindistandan almaq istəyirik. Bizim kredit götürmək və qaytarmaqla bağlı yaxşı təcrübəmiz var. Düşünürük ki, fəlakətin nəticələrinin aradan qaldırılması üçün kreditlərə də müraciət edəcəyik".

Son xəbərlər

Orphus sistemi