Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçildi

Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçildi Demokratlar Partiyasının üzvü Nensi Pelosi bazar günü öz işinə başlayan 117-ci çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçilib.
Digər ölkələr
4 Yanvar , 2021 01:41
Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçildi
Nensi Pelosi
0 : 00
0 : 00

Demokratlar Partiyasının üzvü Nensi Pelosi bazar günü öz işinə başlayan 117-ci çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçilib.

“Report” xəbər verir ki, icasın yayımı qanunverici orqanın saytında aparılır.

Demokrat Partiyasının 80 yaşlı nümayəndəsi Konqres üzvlərinin əksəriyyətinin dəstəyini alıb. O, səsvermələrdə 55 yaşlı respublikaçı Kevin Makkartidən üstün olub.

Pelosi artıq dördüncü dəfədir aşağı palatanın spikeri seçilir: o, bu vəzifəni 116-cı çağırış Konqresdə də tutub, həmçinin yanvar 2007-ci ildən yanvar 2011-ci ilə (110-cu və 111-ci çağırışlar) qədər bu vəzifəni icra edib.

ABŞ-ın Demokratlar Partiyası 3 noyabr 2020-ci ildə keçirilmiş ümumi seçkilərin nəticəsinə görə mandatların bir hissəsindən məhrum olub, amma yenə də Nümayəndələr Palatasında əksəriyyətə malikdir.

Son xəbərlər

Orphus sistemi