Nensi Pelosi ABŞ-ın Nümayəndələr Palatasının spikeri seçilib

Nensi Pelosi ABŞ-ın Nümayəndələr Palatasının spikeri seçilib Bakı. 4 yanvar. REPORT.AZ/ Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasının 2019-2020-ci illər üçün spikeri seçilib.
Digər ölkələr
4 Yanvar , 2019 03:25
Nensi Pelosi ABŞ-ın Nümayəndələr Palatasının spikeri seçilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasının 2019-2020-ci illər üçün spikeri seçilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, konqresmenlərin əksəriyyəti onun namizədliyini dəstəkləyiblər.

2018-ci ilin noyabrında keçirilmiş aralıq seçkiləri zamanı Nümayəndələr Palatasında onlarla yer qazanan demokratlar 2011-ci ildən bu yana ilk dəfə olaraq onun üzərində nəzarəti ələ alıblar.

Pelosinin 78 yaşı var. O, 2003-cü ildən Nümayəndələr Palatasında demokratlara rəhbərlik edir. 2007–2011-ci illərdə Nümayəndələr Palatasının ilk qadın spikeri olub. 2010-cu ilin aralıq seçkilərində demokratların məğlubiyyətindən sonra yenidən parlament azlığının lideri olub.

Demokratların 2018-ci ilin seçkilərində yenidən üstünlük əldə etməsindən sonra Pelosi, yenidən spiker postuna namizədlik irəli sürmək niyyətində olduğunu bildirib. Qadının sözlərinə görə, o, demokratların ümumi dəstəyindən yararlanır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Nensi Pelosiyə Nümayəndələr Palatasının sədri seçilməkdə yardım edəcəyinə söz vermişdi.

Son xəbərlər

Orphus sistemi