​Neftin ucuzlaşması Səudiyyə Ərəbistanının valyuta ehtiyatını 73 milyard dollar azaldıb

​Neftin ucuzlaşması Səudiyyə Ərəbistanının valyuta ehtiyatını 73 milyard dollar azaldıb BVF bu ilin sonunadək neftin qiymətinin 52 dollar, gələn isə 63 dollar olacağını proqnozlaşdırıb
Digər ölkələr
23 Oktyabr , 2015 12:18
​Neftin ucuzlaşması Səudiyyə Ərəbistanının valyuta ehtiyatını 73 milyard dollar azaldıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Neftin qiymətinin düşməsi ilə əlaqədar yaxın 5 ildə Səudiyyə Ərəbistanı topladığı bütün maliyyə ehtiyatını xərcləyib qurtara bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq üzrə hesabatında bildirilib.

Oktyabrın 23-də yayılan hesabata əsasən, dünya bazarında neft ucuzlaşandan bəri Səudiyyə Ərəbistanının valyuta ehtiyatı 73 milyard dollar azalaraq, 654,5 milyard dollara enib.

Qeyd edək ki, BVF bu ilin sonunadək neftin qiymətinin 52 dollar, gələn isə 63 dollar olacağını proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi