Nebenzya: "Qərbi "Skripal işi" ilə bağlı həqiqət maraqlandırmır"

Nebenzya: "Qərbi "Skripal işi" ilə bağlı həqiqət maraqlandırmır" "Bizim Qərb tərəfdaşlarımızı həqiqət maraqlandırmır və həm də təkcə bu məsələdə deyil"
Digər ölkələr
19 Aprel , 2018 01:38
Nebenzya: Qərbi Skripal işi ilə bağlı həqiqət maraqlandırmır

Bakı. 19 aprel. REPORT.AZ/ "Qərb ölkələrini "Skripal işi" üzrə həqiqət maraqlandırmır".

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Bəzi həmkarlarımı dinləyəndə, mənə elə gəlir ki, "Alisa artıq möcüzələr adasında yox, uydurulmuş ölkədədir". Bizim Qərb tərəfdaşlarımızı həqiqət maraqlandırmır və həm də təkcə bu məsələdə deyil", - deyə Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"Rus dilində buna "sən onlara Foma, onlarsa sənə Yeryoma haqqında danışırlar", - deyə diplomat əlavə edib.

Son xəbərlər

Orphus sistemi