Ukraynalılar Slovakiyada təlim keçir

Ukraynalılar Slovakiyada təlim keçir “Ukrayna hərbçiləri Slovakiya istehsalı olan “Zuzana2” özüyeriyən artilleriya qurğusunun istifadəsi üçün təlim keçir”.
Digər ölkələr
16 may 2022 13:48
Ukraynalılar Slovakiyada təlim keçir

“Ukrayna hərbçiləri Slovakiya istehsalı olan “Zuzana2” özüyeriyən artilleriya qurğusunun istifadəsi üçün təlim keçir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Nazir qeyd edib, bu texnikanı almaq üçün Ukrayna hələ Slovakiya ilə müqavilə imzalamayıb. Onun sözlərinə görə, Ukraynaya yaxın günlərdə azı 8 belə qurğu tədarük ediləcək.

Qeyd edək ki, aprel ayında Slovakiya ABŞ-dan “Patriot” alaraq, onun əvəzində Rusiya ilə müharibə aparan dövlətə “S-300” Hava Hücumundan Müdafiə sistemi verib.

Son xəbərlər

Orphus sistemi