Yuxarı
    Bağlamaq

    Nazir seçki məntəqə komissiyalarını kiberhücumdan müfadiə tədbirlərini sürətləndirməyə çağırıb

    Ehtimal edilən kiberhücumlardan qorunmaq üçün görülən işlərin yoxlanılması 3 həftəyədək davam edə bilər

    Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Conson ölkənin seçki məntəqə komissiyalarını kiberhücumdan müfadiə tədbirlərini sürətləndirməyə çağırıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ştat səviyyəsində 33 seçki orqanı, 11 seçki dairəsi kiberhücuma dair təhlükəsizlik tədbirləri ilə bağlı Daxili Təhlükəsizlik Nazirliyinə müraciət edilib.

    "Seçkiyə 29-gün qalıb. Biz başqa seçki məntəqələrini də uyğun addımı atmağa çağırırıq", - deyə nazir vurğulayıb.

    Onun sözlərinə görə, ehtimal edilən kiberhücumlardan qorunmaq üçün görülən işlərin yoxlanılması 3 həftəydək davam edə bilər.

    Qeyd edək ki, bu il noyabrın 8-də ABŞ-da prezident seçkisidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi