Nazir: “İspaniya hökuməti Kataloniyaya qoşun yeritməyi nəzərdən keçirmir”

Nazir: “İspaniya hökuməti Kataloniyaya qoşun yeritməyi nəzərdən keçirmir” "La Vanguardia” qəzeti yazıb ki, Kataloniyada dekabrın 20-nə parlament seçkiləri təyin olunacaq
Digər ölkələr
26 Oktyabr , 2017 16:47
Nazir: “İspaniya hökuməti Kataloniyaya qoşun yeritməyi nəzərdən keçirmir”
AFP

Bakı. 26 oktyabr. REPORT.AZ/ “İspaniya hökuməti münaqişəni tənzimləmək üçün Kataloniyaya qoşun yeritmək məsələsini nəzərdən keçirmir”.

“Report” xəbər verir ki, bunu Krallığın xarici işlər naziri Alfonso Dastis Kesdo oktyabrın 26-da TASS-a müsahibəsində deyib.

Nazir “İspaniya hökuməti Kataloniyada əminamanlığı bərpa etmək üçün Kataloniyaya qoşun yeridəcəkmi” sualına cavabında deyib: “Belə niyyət yoxdur. Hökumət qanunun bərpa edilməsi istiqamətində fəaliyyət göstərməyə çalışır”.

Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

İspaniya hökuməti Kataloniyanın yerli rəhbərliyindən bölgənin müstəqilliyini elan edib-etməyəcəyi ilə bağlı qəti qərar qəbul etməsini istəyir.

İspaniya hökumətinin qərarı Senatın oktyabrın 27-nə təyin edilən sessiyasında təsdiq olunmalıdır.

İspaniyada çıxan “La Vanguardia” qəzeti isə yazıb ki, Kataloniyada dekabrın 20-nə parlament seçkiləri təyin olunacaq. Mətbu orqanının yazdığına əsasən, bunu əyalət hökumətinin başçısı Karles Puçdemon elan edəcək.

Kataloniya baş nazirinin müavini Oriol Junkerac bildirib ki, İspaniya rəhbərliyi Muxtar Vilayət sakinlərinin hüququnu müdafiə etməkdən başqa variant saxlamır.

Son xəbərlər

Orphus sistemi