Nazarbayev: "Qazaxıstan konstitusiyasında dəyişiklikləri istisna etmirəm"

Nazarbayev: "Qazaxıstan konstitusiyasında dəyişiklikləri istisna etmirəm" "Hakimiyyətin prezident, parlament və hökümət arasında bölgüsü istiqamətində konstitusiyaya dəyişiklikləri istisna etmirəm"
Digər ölkələr
20 Mart , 2016 10:41
Nazarbayev: Qazaxıstan konstitusiyasında dəyişiklikləri istisna etmirəm

Bakı. 20 mart. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə konstitusiyasının dəyişikliklər edilə biləcəyini bildirib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səs verən edən Nazarbayev bildirib ki, hakimiyyət qolları arasında konstitusiyada nəzərdə tutulan bölgüyə uyğun səlahiyyətlərin həyata keçirilməsi məsələsinə yenidən baxıla bilər.

"Hakimiyyətin prezident, parlament və hökümət arasında bölgüsü istiqamətində konstitusiyaya dəyişiklikləri istisna etmirəm Bu istiqamətdə müəyyən düşüncələrimiz var", - deyə Nursultan Nazarbayev vurğulayıb.

Onun sözlərinə görə, dəyişikliklərlə bağlı qərar verilərkən dünyada və Qazaxıstanda baş verən proseslər nəzərə alınacaq.

Son xəbərlər

Orphus sistemi