Nursultan Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərib

Nursultan Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərib Bakı. 21 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə hökumətini istefaya göndərib.
Digər ölkələr
192
21 Fevral , 2019 17:45
Nursultan Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərib

Bakı. 21 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə hökumətini istefaya göndərib.

Bu barədə "Report" "Akorda" saytına istinadən xəbər verir.

Prezident qeyd edib ki, hökumət Milli Bankla birlikdə iqtisadiyyatın keyfiyyətli artımı üçün real stimul və alətlər yaratmağı bacarmayıb.

"Öncəki illərdə sosial-iqtisadi vəziyyət sabit olub. Bu, əlbəttə ki, müsbət haldır. Amma indiki zəmanə üçün bu, kifayət deyil", - N.Nazarbayev deyib.

Onun sözlərinə görə, icra orqanlarının formal yanaşması nəticəsində əhalinin sosial cəhətdən həssas təbəqəsi ünvanlı sosial yardım ala bilməyib. Prezident hökumət üzvlərinin, nazirlərin, akimlərin əhali ilə necə işləməyi, onların problemlərini dinləməyi, həyata keçirilən işləri və siyasəti necə izah etməli olduqlarını bilmədiklərini vurğulayıb.

O qeyd edib ki, yeni hökumət həyat səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın stimullaşdırılması üzrə effektiv addımlar atmalıdır.

"Nur Otan Partiyasının qarşıdakı qurultayında sosial yardımın gücləndirilməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üzrə bir sıra tədbirlər görülməsini təklif edəcəyəm. Bunun üçün büdcədən və Milli Fonddan əhəmiyyətli vəsait ayrılacaq", - deyə dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi