​Nazarbayev nüvə sammitinin Qazaxıstanda keçirilməsini təklif edib

​Nazarbayev nüvə sammitinin Qazaxıstanda keçirilməsini təklif edib Prezident bu təkliflə nüvə təhlükəsizliyi sammitində çıxış edib
Digər ölkələr
1 Aprel , 2016 23:49
​Nazarbayev nüvə sammitinin Qazaxıstanda keçirilməsini təklif edib

Bakı. 2 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev nüvə təhlükəsizliyi sammitinin ölkəsində keçirilməsini təklif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o bu təşəbbüslə Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitində çıxış edib.

"Düşünürəm ki, Qazaxıstanın belə bir tədbiri keçirmək üçün mənəvi hüququ var. Bu, dünyada dördüncü nüvə silahı arsenalından imtina edən və poliqonu bağlayan ölkəyə təşəkkür əlaməti olardı", - deyə Nazarbayev bildirib.

Prezident xüsusilə qeyd edib ki, Qazaxıstan nüvə obyektləri və materiallarının ən yüksək təhlükəsizlik səviyyəsinə malik dövlətlərin ilk iyirmiliyinə daxildir.

Son xəbərlər

Orphus sistemi