Nazarbayev hakim partiyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi

Nazarbayev hakim partiyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası Nursultan Nazarbayev ölkə parlamentinin aşağı palatasında seçkilərdə qələbə münasibətilə hakim "Nur Otan" Partiyasını təbrik edib.
Digər ölkələr
382
11 Yanvar , 2021 02:57
Nazarbayev hakim partiyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi
Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası Nursultan Nazarbayev ölkə parlamentinin aşağı palatasında seçkilərdə qələbə münasibətilə hakim "Nur Otan" Partiyasını təbrik edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Əziz partiyadaşlarım, bu seçkilərdə "Nur Otan" Partiyasının qəti qələbəsi münasibətilə hamınızı təbrik edirəm. “Exit poll”un ilkin nəticələri göstərir ki, qazaxıstanlılar ölkəmizin gələcək inkişafını və rifah halını partiyamızla əlaqələndirirlər”, - Nazarbayevin təbrikində bildirilir.

“Exit poll”un nəticələrinə əsasən "Nur Otan" Partiyası Qazaxıstanda dünən keçirilmiş parlament seçkilərinin qalibi olub. İlkin məlumatlara görə, partiyaya 71,97% seçici səs verib.

Seçkilərdə ikinci yeri 10,18% səslə "Ak Jol" Partiyası tutur, siyahıda sonrakı yerdə 9,03% səslə Qazaxıstan Xalq Partiyası qərarlaşıb.

Bu halda ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini hələ elan etməyib.

Son xəbərlər

Orphus sistemi