​Nazarbayev BMT baş qərargahının Asiyaya köçürülməsini təklif edib

​Nazarbayev BMT baş qərargahının Asiyaya köçürülməsini təklif edib Qazaxıstan prezidenti Asiya ölkələrinin qlobal proseslərdə artan rolunda danışıb
Digər ölkələr
29 Sentyabr , 2015 02:16
​Nazarbayev BMT baş qərargahının Asiyaya köçürülməsini təklif edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ XXI əsrdə dünya keyfiyyətcə yeni beynəlxalq maliyyə və hüquq alətlərinə ehtiyac duyur.

"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında çıxışı zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

Onun sözlərinə görə, quruma üzv dövlətlər ötən gün qəbul edilən Davamlı inkişaf məqsədlərinə uyğun ola biləcək beynəlxalq valyutanın yaradılması üzrə səylərini birləşdirməlidirlər.

Qazaxıstan prezidenti, həmçinin Asiya dövlətlərinin qlobal proseslərdə artan rolunu da qeyd edib. O, bununla əlaqədar olaraq BMT baş qərargahının Asiya ölkələrindən birinə köçürülməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi