Nayrobidə 6 gün dağıntılar altında qalmış qadın xilas edilib

Nayrobidə 6 gün dağıntılar altında qalmış qadın xilas edilib Qadın xeyli zəifləyib, amma onda heç bir ciddi bədən xəsarəti aşkar edilməyib
Digər ölkələr
5 May , 2016 14:21
Nayrobidə 6 gün dağıntılar altında qalmış qadın xilas edilib

Bakı. 5 may. REPORT.AZ/ Xilasedicilər Keniyanın paytaxtı Nayrobi şəhərində altı gün əvvəl çökmüş binanın dağıntıları altından bir qadını xilas edib.

"Report" "NBCnews"a istinadən xəbər verir ki, bu barədə Keniyadakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisindən məlumat verilib.

Məlumata görə, qadın xeyli zəifləyib, amma onda heç bir ciddi bədən xəsarəti aşkar edilməyib.

Qeyd edək ki, Keniya paytaxtında cümə günü altımərtəbəli bina çökmüşdü. Qəza çayın kənarında yerləşən binanın birinci mərtəbəsinin leysan yağışları və onun səbəb olduğu daşqın suları ilə dolması nəticəsində baş vermişdi. Dağıntılar altından 35 nəfərin meyiti çıxarıb, 80-ə yaxın adam itkin düşmüş hesab edilir.

Son xəbərlər

Orphus sistemi