Yuxarı
    Bağlamaq

    NATO yeni komanda quruluşunun yaradılması işlərinə başlayıb

    Bu, alyans qüvvələrinin Avropa və Atlantikada çevikliyini artırmaq üçün edilir

    Bakı. 8 noyabr. REPORT.AZ/ NATO alyans qüvvələrinin Avropa və Atlantikada çevikliyini artırmaq məqsədi ilə yeni komanda quruluşunun yaradılması işlərinə başlayıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın nazirlər görüşünün birinci gününün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

    O qeyd edib ki, NATO hərbi məqsədlərdə Avropa İttifaqının nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün tələblərin siyahısını hazırlamağa başlayıb.

    Onun sözlərinə görə, alyans əməliyyatlarda istifadə etmək üçün öz ölkələrinin kibernetika imkanlarını səfərbər edəcək. Bununla yanaşı baş katib NATO-nun hərbi cavab tədbiri qismində kibernetik silah tətbiqinə başlaya biləcəyini istisna etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi