NATO və Avropa Komissiyasının rəhbərləri Ukraynaya dəstəyi müzakirə ediblər

NATO və Avropa Komissiyasının rəhbərləri Ukraynaya dəstəyi müzakirə ediblər Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya gələcək yardımın müzakirəsini davam etdiriblər.
Digər ölkələr
27 Sentyabr , 2022 06:15
NATO və Avropa Komissiyasının rəhbərləri Ukraynaya dəstəyi müzakirə ediblər

Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya gələcək yardımın müzakirəsini davam etdiriblər.

“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Ursula fon der Lyayenlə yenidən görüşmək xoşdur. Biz Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdik", - NATO-nun baş katibi deyib.

Stoltenberq həmçinin bildirib ki, NATO-Aİ əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir.

“Ona görə də biz hesab edirik ki, tərəfdaşlığımızı inkişaf etdirmək üçün yeni Birgə Bəyannaməni razılaşdırmağın vaxtı çatıb”, - Stoltenberq əlavə edib.

Son xəbərlər

Orphus sistemi