Yuxarı
    Bağlamaq

    NATO-un baş katibi Trampı inauqurasiya münasibətilə təbrik edib

    Yens Stoltenberq qeyd edib ki, NATO tarixdə ən müvəffəqiyyətli ittifaqdır

    Bakı. 20 yanvar. REPORT.AZ/ NATO-unun baş katibi Yens Stoltenberq Donald Trampı ABŞ prezidentinin vəzifəsi slahiyyətlərini icrasına başlaması münasibətilə təbrik edib.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

    Baş katibin bəyanatında qeyd olunur ki, Yens Stoltenberq terrorizmlə mübarizəni təmin etmək və müttəfiqlər arasında xərclərin yükünü daha çox ədalətlə bölüşdürmək üçün Trampla ittifaqın işinin gücləndiriməsi üzərində işi gözlədiyini bildirib.

    "Birləşmiş Ştatlar 1949-cu ildə Vaşinqtonda NATO-nun əsası qoyulandan alyansda aparıcı rol oynayır və bizim ümumi təhlükəsizliyimizlə bağlı sarsılmaz sədaqət göstərməkdə davam edir" - deyə Stoltenberq Şimali Atlantika İttifaqı adından prezidentə təbrikində bildirib.

    O qeyd edib ki, NATO tarixdə ən müvəffəqiyyətli ittifaqdır. Alyansın gücü Birləşmiş Ştatlar, həm də Avropa üçün əlverişlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi