​NATO: Ukraynanın şərqində Rusiya qoşunları döyüşür

​NATO: Ukraynanın şərqində Rusiya qoşunları döyüşür Yens Stoltenberq iddia edib ki, ölkənin şərqində gedən döyüşlərdə Rusiya Silahlı Qüvvələri iştirak edir
Digər ölkələr
22 Yanvar , 2015 05:13
​NATO: Ukraynanın şərqində Rusiya qoşunları döyüşür

Bakı. 22 yanvar. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən açıqlanan rəqəmləri şərh etməsə də, iddia edib ki, ölkənin şərqində gedən döyüşlərdə Rusiya Silahlı Qüvvələri iştirak edir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə o, çərşənbə günü Norveçin baş naziri Erna Solberq ilə birgə mətbuat konfransında sualı cavablandırarkən bildirib.

"Mən konkret rəqəmlər və say barədə danışmayacağam, biz rusların ora və geri hərəkət etdiyini görmüşük və qüvvələrin sərhədə cəmləşdirilməsi prosesini müşahidə edirik", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi