Yuxarı

​NATO son 13 ildə ilk dəfə irimiqyaslı hərbi təlim keçirməyə hazırlaşır

Sonuncu dəfə belə hərbi təlim 2002-ci ildə keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ NATO son 13 ildə ilk dəfə irimiqyaslı "Trident Juncture" ("Məngənə birləşməsi") adlı strateji hərbi təlim keçirməyə hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Aleksandr Verşbou İtaliyanın Siciliya şəhərində bildirib.

Məlumata görə, səhra təlimləri oktyabrın 21-dən noyabrın 6-dək Aralıq dənizində keçiriləcək.

Təlimdə 36 min nəfər iştirak edəcək. Manevrə Avstriya və İsveçdə daxil olmaqla, 30 dövlətin 140 hərbi təyyarəsi, 90-dək sualtı və suüstü gəmi cəlb ediləcək.

Xəbərdə bildirilib ki, hərbi təlimlərin birinci mərhələsi oktyabrın 3-dən 16-dək keçirilib.

Qeyd edək ki, sonuncu dəfə belə hərbi təlim 2002-ci ildə keçirilib. O zaman "Strong Resolve" adı altında keçirilən manevrdə 40 min hərbçi iştirak etmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi