NATO şərqdə hərbi iştirakının gücləndirilməsini müzakirə edir

NATO şərqdə hərbi iştirakının gücləndirilməsini müzakirə edir Stoltenberq: "Söhbət soyuq müharibə vəziyyətinə qaytarmaqdan getmir"
Digər ölkələr
28 Yanvar , 2016 14:14
NATO şərqdə hərbi iştirakının gücləndirilməsini müzakirə edir

Bakı. 28 yanvar. REPORT.AZ/ NATO alyansın şərq sərhədlərində hərbi iştirakının gücləndirilməsini müzakirə edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq məlumat verib.

Bu gün 2015-ci il üçün illik hesabat təqdim edən baş katib qeyd edib ki, alyans üzv ölkələrə etimadı artıran addımlar atmaqla, təlimlər, hava patrulu keçirməklə, gəmiləri Baltik və Qara dənizlərinə istiqamətləndirməklə artıq şərqdəki mövcudluğunu gücləndirib. Y.Stoltenberq Varşava sammitinin yaxınlaşdığı məqamda alyansın iştirak və döyüş hazırlığının artırılması arasında balansı müzakirə etdiyini də bildirib.

O, hazırkı vəziyyəti belə dəyərləndirib: "Söhbət döyüşə hazır yüz minlərlə əsgərin sərhəd yaxınlığında yer aldığı soyuq müharibə vəziyyətinə qaytarmaqdan getmir. Biz qismən gücləndirilmədən danışırıq. Bu, əsgərlər də, hərbi avadanlıq da, infrastruktur da və s. ola bilər". 

Son xəbərlər

Orphus sistemi