Yuxarı

NATO Rusiyanın Ukraynanın şərqindəki separatçılara silah göndərməsini pisləyib

NATO XİN rəhbərlərinin iclasında bununla bağlı bəyanat qəbul olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin iclası öz işinə başlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yığıncağa Ukrayna xarici işlər naziri Pavlo Klimkin də internet vasitəsilə qatılıb. NATO XİN rəhbərləri və Ukrayna xarici siyasət idarəsinin başçısı son prosesləri qiymətləndirib, birgə bəyanatla çıxış ediblər. 

Bəyanatda qeyd olunub ki, Rusiyanın beynəlxalq hüququ pozaraq Ukraynanın şərqində separatçılara tanklar, müasir hava hücumundan müdafiə sistemləri və digər ağır silahlar verməsi, o cümlədən şüurlu şəkildə sabitliyi pozmaq fəaliyyətlərini davam etdirməsi və Minsk müqaviləsini pozan hərbi aktları qətiyyətlə pislənilir. 

Sənəddə həmçinin Rusiyanın Krımdakı hərbi üstünlüyü və yarımadada pisləşən insan hüquqları vəziyyəti də qınanılıb, rəsmi Moskvadan Krımı ilhaq qərarından geri dönməsi və Krım tatarları, o cümlədən yerli xalqın hüquqlarına hörmət göstərməsi tələb edilib. 

Bundan əlavə, NATO XİN rəhbərləri Ukrayna Silahlı Qüvvələrinion modernləşməsinə yönəlmiş 4 əmanət fondu yaradılmasını da təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi