NATO Rusiyanın Suriyadakı əməliyyatlar üçün İrandakı bazadan istifadəsindən narahatdır

NATO Rusiyanın Suriyadakı əməliyyatlar üçün İrandakı bazadan istifadəsindən narahatdır Alyans nümayəndəsi: "NATO məsələnin siyasi həllinə dair bütün cəhdləri dəstəkləyir"
Digər ölkələr
17 Avqust , 2016 20:37
NATO Rusiyanın Suriyadakı əməliyyatlar üçün İrandakı bazadan istifadəsindən narahatdır

Bakı. 17 avqust. REPORT.AZ/ NATO Rusiya döyüş təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirməsinə münasibət bildirib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, NATO nümayəndəsi Rusiyanın Suriyadakı əməliyyatlar üçün İranın Həmədandakı hərbi hava bazasından istifadə etməsindən narahat olduqlarını söyləyib. 

"Rusiyanın Bəşər Əsəd rejimini dəstəkləmək məqsədilə Suriyada uzunmüddətli hərbi iştirakı narahatlıq doğurur. Rusiya tərəfindən aviazərbələrin "ölü müxalifət" qruplarına endirilməsi risklərin azalmasına və regional təhlükəsizliyə səbəb olmur", - deyə alyans rəsmisi vurğulayıb. 

O əlavə edib ki, NATO məsələnin siyasi həllinə dair bütün cəhdləri dəstəkləyir: "NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir və bununla bağlı mövqeyi dəyişməz olaraq qalır". 

Son xəbərlər

Orphus sistemi