Yuxarı
    Bağlamaq

    NATO Rusiyanı Ukraynanın şərqində separatçıları dəstəkləməsini dayandırmağa çağırıb

    Alyans Krımın Rusiya tərəfindən qeyri-legitim zəbt edilməsini və RF-nin Ukraynanın qərbində sabitliyi pozmaq səylərini pisləyir

    Bakı. 5 sentyabr. REPORT.AZ/ "Rusiya silahlı qüvvələri Ukraynada bilavasitə hərbi əməliyyatlarda iştirak edirlər. Baxmayaraq ki, Rusiya özü bunu inkar edir. Rusiya şərq bölgələrində yaraqlıları silahla təmin etməyi davam edir". Report xəbər verir ki, bu barədə NATO sammiti çərçivəsində sentyabr ayının 4-də Uelsdə keçirilən NATO-Ukrayna Komissiyası iclasının nəticələri ilə bağlı bəyanatda deyilir. 

    Alyansın fikrincə, bütün bu hərəkətlər Ukraynanın təhlükəsizliyini sarsıdır və bütün Avroatlantik zonasında sabitlik və təhlükəsizliyə təhlükə yaradır. 

    Alyans Ukraynanın suverenliyi və dünya ictimaiyyəti tərəfindən tanınmış ərazi bütövlüyünü dəstəklədiyini bildirib. "Biz Rusiya tərəfindən Krımın qanunsuz, qeyri-legitim, özbaşına zəbt edilməsini və RF-nin beynəlxalq hüquq normalarını pozaraq Ukraynanın şərqində vəziyyəti gərginləşdirmək səylərini qəti şəkildə pisləyirik. Biz Rusiyanı heç bir zaman qəbul etməyəcəyimiz ilhaqdan əl çəkməyə çağırırıq" - deyə, bəyanatda qeyd olunub. 

    Sənəddə deyilir ki, Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləməkdən əl çəkməli, öz əsgərlərini geri çağırmalı və Ukrayna sərhədində istənilən hərbi fəallığın qarşısını almalı, yerli əhalinin, o cümlədən Krım tatarlarının hüquqlarına hörmət etməli və Ukraynaya qarşı gələcək təcavüzdən imtina etməlidir. Alyans Ukrayna hökumətinin siyasi həll tapmaq səylərini, o cümlədən onun təklif etdiyi sülh planını alqışlayıb. 

    "Öz öhdəliklərinə baxmayaraq, Rusiya, demək olar ki, Ukraynaya birbaşa hərbi müdaxilə edib və yaraqlılara göstərdiyi dəstəyini artırıb. Biz Rusiyanı həmin kursu dəyişdirməyə və münaqişənin gərginliyinin azaldılması üçün aktiv tədbirlər görməyə, o cümlədən Ukrayna hökuməti ilə danışıqlara girməyə çağırırıq".

    Bəyanatda həmçinin qeyd olunub ki, Alyans Ukraynanın sülh və asayişi bərpa etmək, öz vətəndaşları və ərazisini qorumaq hüququnu tanıyır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi