NATO Rusiyadan müdafiə üzrə genişləndirilmiş planların hazırlığına başlayıb

NATO Rusiyadan müdafiə üzrə genişləndirilmiş planların hazırlığına başlayıb “NATO ölkələrinin müdafiə nazirləri alyansın quruda, səmada, dənizdə və kiberməkanda Rusiyaya qarşı müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayıblar”.
Digər ölkələr
133
16 Mart , 2022 20:14
NATO Rusiyadan müdafiə üzrə genişləndirilmiş planların hazırlığına başlayıb

“NATO ölkələrinin müdafiə nazirləri alyansın Rusiyaya qarşı quruda, səmada, dənizdə və kiberməkanda müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayıblar”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq müdafiə nazirlərinin görüşündən sonra deyib.

Onun sözlərinə görə, NATO kollektiv mühafizə tədbirlərinə yenidən baxmalı, alyansın şərq hissəsində qüvvələrini artırmalıdır.

Baş katib, eyni zamanda qeyd edib ki, alyans ölkələri yekdilliklə Ukraynada qüvvələr yerləşdirməməli olduğunu düşünür, amma Kiyevə hərbi və maliyyə yardımının davam etdirilməsinə qərar verilib.

Y.Stoltenberq bildirib ki, gələn həftə keçiriləcək NATO sammitində Ukraynadakı münaqişənin alyansın müdafiəsi üçün uzunmüddətli təsirləri nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi