Yuxarı
    Bağlamaq

    ​NATO Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozduğunu hesab edir

    Alyansın baş katibi Türkiyənin insidentlə bağlı Rusiya ilə artıq əlaqə yaratdığını bildirib

    Bakı. 24 noyabr. REPORT.AZ/ NATO hesab edir ki, Suriyada vurulmuş Rusiyaya məxsus "Su-24" təyyarəsi Türkiyənin hava məkanını pozub.

    "Report" xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO Şurasının insidentlə bağlı məsləhətləşmələrin aparılması üçün Türkiyənin təşəbbüsü ilə çağırılmış növbədənkənar iclasının yekununda bildirib.

    "NATO Türkiyə və digər müttəfiqlərdən məlumat alıb və bizim qiymətləndirməmizə görə, bu, Türkiyənin bizi məlumatlandırdığı ilə uyğundur", - deyə o bildirib.

    Stoltenberq, həmçinin qeyd edib ki, NATO Rusiya və Türkiyə arasında insidentlərin qarşısının alınması üçün hərbi mexanizmlərin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

    Baş katibin sözlərinə görə, "Türkiyə təyyarənin vurulması ilə bağlı Rusiya ilə artıq əlaqə yaradıb. NATO Rusiya ilə heç bir əlaqə qurmayıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi