​NATO Rumıniyada təlimlər keçirəcək

​NATO Rumıniyada təlimlər keçirəcək İyulun 7-dək davam edəcək təlimlərə 15-ə yaxın ölkə qatılacaq
Digər ölkələr
3 İyul , 2016 23:46
​NATO Rumıniyada təlimlər keçirəcək

Buxarest. 3 iyul. REPORT.AZ/ Sabah Rumıniyanın Targu-Mureş şəhərində NATO-nun himayəsi altında “Fövqəladə halların aradan qaldırılması məqsədilə mülki müdafiə təlimləri”nə start veriləcək. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, iyul ayının 7-dək davam edəcək təlimlərə 15-ə yaxın ölkə qatılacaq. 

Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Arafatın sözlərinə görə, təlimlərdə Targu-Mureş şəhərində yerləşən virtual kompüter simulyatorlarından istifadə ediləcək. “Çətin fövqəladə hallar şəraitində təbii fəlakətin baş verdiyi ərazidən çoxlu sayda zərərçəkənlərin təxliyyə olunması və digər tapşırıqların yerinə yetirilməsi üzrə hərəkətlər həyata keçiriləcək. Bununla da biz real imkanlarımızı yoxlamış olacağıq”- deyə R. Arafat bildirib.

Qeyd edək ki, hazırlığına 6 aydır ki, vaxt sərf olunan təlimlərin sonunda keçiriləcək seminarda onun nəticələri və qarşıdakı planlar müzakirə olunacaq. Təlimlərə həmçinin Rumıniya DİN, Müdafiə Nazirliyi və Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin qüvvələri də cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi