Yuxarı

​NATO Polşadakı hərbçilərinin sayını iki dəfə artırıb

İndi ölkədə alyansın 20 iştirakçı ölkəsindən 400 hərbçi var

Bakı. 02 İyun. REPORT.AZ/ NATO Polşanın Şetsin şəhərindəki hərbçilərinin sayını iki dəfə artırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

İndi sözügedən şəhərdə alyansa üzv olan 20 ölkədən 400 hərbçi var. Korpusun vəzifəsi Ukraynadakı vəziyyətin monitorinqidir.

Yeni kazarma binasının tikintisi və informasiya sisteminin quraşdırılması üçün əlavə vəsait ayrılacaq.

2014-cü ilin əvvəlində Polşa ölkə ərazisində hərbçilərin yerləşdirilməsi xahişi ilə NATO-ya müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi