Bakı. 12 mart. REPORT.AZ/ NATO Polşada çevik qüvvələrin təlimini keçirəcək.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib.
"Təlimdə Almaniya, Hollandiya, Norveç, Polşa və Çexiya hərbçiləri iştirak edəcək. ABŞ hərbçilərinin də tədbirə qatılması ilə bağlı qərar qəbul olunub", - o vurğulayıb.
Nazirin sözlərinə görə, manevrlər bu ilin iyununda Polşanın poliqonlarında gerçəkləşdiriləcək.