NATO ölkələrinin qərargah rəisləri ABŞ və İran arasında baş verən hadisələri müzakirə edəcəklər

NATO ölkələrinin qərargah rəisləri ABŞ və İran arasında baş verən hadisələri müzakirə edəcəklər İraqda vəziyyətin və ABŞ ilə İran arasındakı münasibətlərin gərginləşməsi NATO ölkələri baş qərargah rəislərinin yanvarın 14-də Brüsseldə keçiriləcək iclasında müzakirə ediləcək.
Digər ölkələr
6 Yanvar , 2020 15:06
NATO ölkələrinin qərargah rəisləri ABŞ və İran arasında baş verən hadisələri müzakirə edəcəklər
REUTERS / Thaier al-Sudani

İraqda vəziyyətin və ABŞ ilə İran arasındakı münasibətlərin gərginləşməsi NATO ölkələri baş qərargah rəislərinin yanvarın 14-də Brüsseldə keçiriləcək iclasında müzakirə ediləcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a Avropa ölkələrindən birinin NATO-dakı missiyasındakı diplomatik mənbə məlumat verib.

"İraqdakı vəziyyət və İranla münasibətlərin gərginləşməsi məsələləri şübhəsiz ki, NATO Hərbi Komitəsinin yanvarın 14-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində keçiriləcək iclasında nəzərdən keçiriləcək”, - mənbə bildirib. 

Amma NATO-nin yaydığı rəsmi proqramda baş qərargah rəislərinin bu mövzunu müzakirə edəcəkləri barədə məlumat əksini tapmayıb. 

Son xəbərlər

Orphus sistemi