NATO-nun sabiq baş katibinin ABŞ-a daxil olmasına icazə verilməyib

NATO-nun sabiq baş katibinin ABŞ-a daxil olmasına icazə verilməyib ABŞ tərəfinin bu qərarı Xavyer Solananın İrana səfəri ilə bağlıdır
Digər ölkələr
25 İyun , 2018 14:53
NATO-nun sabiq baş katibinin ABŞ-a daxil olmasına icazə verilməyib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ NATO-nun sabiq baş katibi və İspaniyanın keçmiş xarici işlər naziri Xavyer Solananın ABŞ ərazisinə daxil olmasına icazə verilməyib.

"Report" xəbər verir ki, bu barədə "El Pais" yazıb.

Qeyd edilir ki, keçmiş baş katib Brukinq İnstitutunda çıxış etməli idi.

ABŞ tərəfinin bu qərarı Xavyer Solananın İrana səfəri ilə bağlıdır.

ABŞ səfirliyindəki mənbənin bildirdiyinə görə, İspaniya pasportunda İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmənə səfərləri əks etdirən möhürlər olduqda ölkəyə giriş üçün müraciət avtomatik ləğv edilir.

Son xəbərlər

Orphus sistemi