NATO-nun Hərbi Komitəsi yeni strategiyanı təsdiqləyib

NATO-nun Hərbi Komitəsi yeni strategiyanı təsdiqləyib NATO-nun yenilənmiş strategiyası Alyansın əsas hərbi orqanı olan Hərbi Komitə tərəfindən təsdiqlənib.
Digər ölkələr
25 May , 2019 14:43
NATO-nun Hərbi Komitəsi yeni strategiyanı təsdiqləyib

NATO-nun yenilənmiş strategiyası Alyansın əsas hərbi orqanı olan Hərbi Komitə tərəfindən təsdiqlənib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın informasiya materiallarında məlumat verilib.

Hərbi strategiya qapalı sənəddir, ona dəyişiklik edilməsi haqqında tapşırıq 2017-ci ildə verilib. NATO-nun baş katibi Yens Stoltenberq bu həftə hərbi ekspertlərin Alyans üçün yeni hərbi strategiya qəbul etdiklərini söyləyib.

Məlumata görə, sənəd həmçinin iştirakçı ölkələrin qərargah rəisləri tərəfindən də təsdiqlənib. Yeni hərbi strategiya dəyişkən təhlükəsizlik çağırışlarına uyğunlaşmağa, eləcə də effektiv şəkildə onların qarşısının alınması üçün yolların müəyyənləşdirilməsinə istiqamətlənib.

Qeyd edək ki, NATO-nun əvvəlki strateji konsepsiyası 2010-cu ildə təsdiq edilmişdi.

Son xəbərlər

Orphus sistemi