NATO-nun Baş katibi "Taliban"ın Əfqanıstana nəzarətinin səbəbini açıqlayıb

NATO-nun Baş katibi "Taliban"ın Əfqanıstana nəzarətinin səbəbini açıqlayıb “Əfqanıstanda hakimiyyətin süqutu nəticəsində ölkə “Taliban”ın ələnə keçdi”.
Digər ölkələr
160
11 Sentyabr , 2021 09:12
NATO-nun Baş katibi Talibanın Əfqanıstana nəzarətinin səbəbini açıqlayıb
Yens Stoltenberq

“Əfqanıstanda hakimiyyətin süqutu nəticəsində ölkə “Taliban”ın əlinə keçdi”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “New York Times”a müsahibəsində bildirib.

“Hakimiyyətin çökməsini ABŞ və NATO-nun Əfqanıstandan çıxmasının sürətləndirməsi araşdırmaçıların işidir. Mənim üçün başlıca hədəf Əfqanıstandan insanların təxliyəsi və terrorçuluğa qarşı mübarizədir”, - Baş katib əlavə edib.

O bildirib ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmazdan əvvəl NATO-dakı müttəfiqləri ilə məsləhətləşib: “ABŞ-sız Alyans Əfqanıstanda əməkdaşlığı davam etdirə bilməzdi. Belə bir variant real deyildi. Bu halda avropalılar Əfqanıstandakı qoşunlarının maliyyələşməsində çətinlik çəkərdi”.

Son xəbərlər

Orphus sistemi