NATO-nun Baş katibi Pentaqon rəhbəri ilə Alyansın möhkəmləndirilməsini müzakirə edib
NATO-nun Baş katibi Pentaqon rəhbəri ilə Alyansın möhkəmləndirilməsini müzakirə edibNATO-nun Baş katibi Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqset (Pete Hegseth) ilə görüşüb.
NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqset (Pete Hegseth) ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Baş katib sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, Alyansın möhkəm qalması üçün görülməli işlər var.
"Pit Heqseti onun NATO-da ilk görüşü çərçivəsində salamlamaqdan məmnunam. Alyansın möhkəm qalmasına əmin olmaq üçün görülməli işlər var. Bu, müdafiə xərclərinin, istehsalın artırılması və Avropanın Ukraynaya dəstək üçün daha çox iş görməsi deməkdir", - M.Rutte vurğulayıb.
Qeyd edək ki, bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçirilir.
Great to welcome @SecDef Pete Hegseth for your first meeting at #NATO. We’ve got work to do to make sure the Alliance stays strong. This means increasing defence spending, ramping up production, and Europe doing more to support Ukraine. pic.twitter.com/e3YhBo8EN5