Yuxarı
    Bağlamaq

    Baş katib: “NATO İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirak etməyəcək”

    Yens Stoltenberq: “NATO hətta, terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulsa da döyüşlərdə iştirak etməyəcək”

    Bakı. 11 may. REPORT.AZ/ “NATO İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirak etməyəcək”.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Berlində Almaniyanın kansleri Angela Merkellə görüşün nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

    “NATO hətta, terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulsa da döyüşlərdə iştirak etməyəcək” - Y.Stoltenberq vurğulayıb.

    Qeyd edək ki, NATO bölgədəki vəziyyətlə bağlı kəşfiyyat məlumatlarının toplayıb təqdim edir və İraq təhlükəsizlik qüvvələrinin əməkdaşlarını təlimatlandırır.

    Xatırladaq ki, bir müddət əvvəl ABŞ mətbuatı NATO-nun Suriya və İraqdakı hərbi əməliyyatlara qoşulmaq istədiyi haqqında məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi